Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Elimdar Səfərovun doğum günü qeyd olunub

27 iyul 2021 | 10:07

2016-cı ilin Aprel döyüşlərində şəhid olan Elimdar Səfərovun 29 yaşı qeyd olunub.
Anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ağsaqqallar iştirak edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimində şəhidin həyat yolundan danışılıb. Elimdar Səlimxan oğlu Səfərov 26 iyul 1992-ci ildə Yardımlı rayonunda anadan olub. Elimdar Səfərov daha sonra ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçüb. 2016-ci il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.
Şəhid Elimdar Səfərovun ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Anım mərasimində çıxış edən Neftçala RİH başçısı  Mirhəsən Seyidov bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olundu. 
Şəhidimizin doğum günündə təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr olunan vətənpərvər şeirlər söyləyiblər.
Anım mərasiminin sonunda şəhid ailələri və qazilərlə xatirə şəkili çəkilib.

Keçidlər