Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin təşəbbüsünə Neftçala Rayon İcra Hakimiyyətindən dəstək

27 iyun 2021 | 01:06

Neftçala şəhər mərkəzi stadionunda 26 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü ərəfəsində rayon şəhidlərinin xatirəsinə həsr olunan futbol oyunun final görüşü keçirilib.
Gənclərin şəxsi təşəbbüsü ilə Neftçala rayonunda şəhidlərin xatirəsinə həsr olunan 10 müxtəlif kənd və qəsəbələrdən qoşulan gənclərdən ibarət komandalarla futbol turniri təşkil olunub və turnirin final görüşü Neftçala şəhər mərkəzi stationunda keçirilib. Final mərhələsində bundan öncə keçirilən görüşlərdə əzmkarlıqla mübarizə aparan Neftçala rayonun Aşağı Surra və Şorkənd kənd futbol klubları qarşılaşıblar.
Oyundan öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Final oyununu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, digər idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ağsaqqallar izləyiblər.
Görüş şəhid Elimdar Səfərovun adını daşıyan Şorkənd komandasının qələbəsi ilə yekunlaşıb.
Yarış iştirakçılarının təltif etmə mərasimində, Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala rayon Gənclər və İdman İdarəsinin, Neftçala rayon Mühafizə Bölməsinin  və Azərbaycan Futbol Federasiyası Assosiyasının hədiyyələri iştirakçılara təqdim olunub. İştirakçılar, “Fəxri Fərman”, diplom, kubok, futbol topu kimi hədiyyələrlə mükafatlandırılıb. Görüşün sonunda qalib komandalarla xatirə şəkli çəkilib.

 

Keçidlər