Şriftin ölçüsü :

Saytın rəngi :

İbadət yerləri vətəndaşların istifadəsinə verildi

12 iyun 2021 | 07:06

10 iyun 2021-ci il tarixindən Operativ Qərargahın qəbul etdiyi qərara müvafiq olaraq dini ibadət evlərinin, o cümlədən məscidlərin fəaliyyəti bərpa olunub. Məscidlərdə əvvəlcədən lazımi hazırlıq işləri görülüb, ibadət evlərində təmizlik və dezinfeksiya tədbirləri həyata keçirilib. Rayon ərazisində fəaliyyət göstərən dini ibadət yerlərində Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində vaksinasiyadan keçmiş və COVİD-19 pasportu alan inanclı insanlar ibadət edib, onlar məscidlərin fəaliyyətinin bərpasına və yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Neftçala şəhər Sahibəz Zaman məscidində qılınan camaat namazında Qafqaz Müəslmanları İdarəsinin Şirvan şəhəri, Neftçala, Salyan, və Hacıqabul rayonları üzrə bölgə qazisi Hacı Hüsnü Həsənov iştirak edib.

Keçidlər