Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala təhsilində daha bir uğur

19 may 2021 | 10:05

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98- ci il dönümü ilə əlaqədar ümumtəhsil məktəb şagirdləri  arasında "Ən yaxşı təqdimat" müsabiqəsi keçirilib. Müsabiqədə Neftçala rayonu Qədimkənd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Bağırova Fatimə Elşən qızı iştirak edib və  III yerə layiq görülüb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun tapşırığına əsasən Qədimkənd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Bağırova Fatimə Elşən qızı  və valideyni Rayon İcra Hakimiyyətinə dəvət olunub. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Bağırova Fatimə Təşəkkürnamə ilə tətif olunub, məktəbliyə və valideyninə Rayon İcra Hakimiyyəti başçısının təbrikləri və xoş sözləri çatdırılıb. Məktəbliyə qəbul imtahanında yüksək nəticə göstərməsi və istədiyi ixtisasa qəbul olunması  arzu olunub.

Keçidlər