Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Aprel döyüşləri” ilə əlaqədar tədbir keçirilib

04 aprel 2021 | 04:04

03 aprel tarixində koronavirus (COVİD-19) pandemiyasını nəzərə alaraq məhdud sayda şəxslərin iştirakı ilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və din xadimlərinin iştirakı ilə birlikdə Aprel zəfəri şəhidləri, Milli Qəhrəman mayor Samid İmanov və kiçik gizir Elimdar Səfərovun məzarlarını ziyarət edib, ailə üzvlərinə başsağlığı veriblər.
Neftçala Rayon İcra Hakimiyyətində “Aprel döyüşləri”-nin 5 ilinin tamam olması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Vətən Müharibəsi iştirakçılarına, şəhid ailələrinə “Qarabağ əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin” döş nişanı və üzvlük vəsiqələri təqdim olunub.

Keçidlər