Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda yeni layihənin təqdimatı olub

11 mart 2021 | 08:03

04 mart tarixində Neftçala Rayon İcra Hakimiyiyyətində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində birgə layihəsi olan “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin icraçıları ilə görüş olub. Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, lahiyyə rəhbəri Sevda Bəbiyeva, layihənin meneceri Vüsalə Qarayeva və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak edib.
Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov qadın zorakılığına qarşı olduğunu və qadınların təkcə ailədə deyil, həmçinin cəmiyyətdə də hər zaman müsbət rolunun olduğunu vurğulayıb.
Qadınların hər zaman cəmiyyətimizdə və dövlət idarəçiliyində özlərinə məxsus xüsusi yerinin olduğunu bildirdi və son zamanlarda seçkili orqanlarda xanımların iştirakını, idarə, müəssisə və təşkilatlara qadınların təyinatı bunun bir daha sübutu olduğunu nəzərə çatdırıb. Bu layihənin Neftçala rayonunun qadınları üçün yeni iş yeri olmaqla yanaşı özlərinə güvən və inamı bir daha artıracağını bildirib.
Layihənin əsas məqsədi rayon, qəsəbə və kəndlərdə yaşayan qadınların sahibkarlıq fəaliyyətinə qoşulması və məşğulluğun artırılması nəzərdə tutulub. Bu layihə 4 il müddətində və respublikanın Qadın Resurs Mərkəzi fəaliyyət göstərən rayonlarında həyata keçiriləcəkdir. Xatırladaq ki, Neftçala Qadın Resurs Mərkəzi 2015- ci ildən rayonda fəaliyyət göstərir.
Layihə rəhbəri səmimi görüş üçün Rayon İcra Başçısına təşəkkür və minnəttarlığını bildirib.

Keçidlər