Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalıya Ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Neftçalada ağacəkmə aksiyası keçirilib

25 fevral 2021 | 06:02

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Neftçala rayonunda ağacəkmə aksiyası həyata keçirilib.
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması, bu istiqamətdə vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə Neftçala rayonunda mütəmadi olaraq genişmiqyaslı abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hazırda davam edir.
Bu istiqamətdə görülən işlərin davamı olaraq fevral ayının 23-ü Heydər Əliyev prospektində, 26 fevral Xocalı soyqırımında həyatlarını itirənlərin əziz xatirəsinə həsr olunan ağac əkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası Heydər Əliyev Fondunun təşəbbüsü və Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə koronavirus (COVİD -19) pandemiyasını nəzərə alaraq məhdud sayda şəxslərin iştirakı ilə müxtəlif növ ağac, mövsümi kollarının əkilməsi aksiyası keçirilib.
Ağac əkmə aksiyasında Neftçala RİH Başçısı Mirhəsən Seyidov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon Könüllüləri və fəal gənclər iştirak ediblər.

Keçidlər