Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada 2 fevral - Gənclər günü qeyd olundu

03 fevral 2021 | 01:02

Ümummilli lider Heydər Əliyevin 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gəncləri günü elan edib.
Gənclər günü ilə əlaqədar olaraq günün birinci yarısında Ulu Öndər Heydər Əliyevin abidəsini və Qarabağ döyüşlərində şəhid olan şəhidlərimizin məzarları ziyarət olunub, önünə tər güllər düzülüb və dualar oxunub.
Neftçala rayonun bir qrup fəal gəncləri “Fəxri Fərman” –lar ilə təltif olunublar.
Gənclər günü ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “ Zəfər Çalan Gənclik ” adlı videoformatda görüş keçirilib. Koronavirus (COVİD-19) pandemiyasını nəzərə alaraq videoformatda keçirilən görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Müşfiq Cəfərov, Vüqar iskəndərov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, yerli gənclər təşkilatları, könüllülər və qazilər iştirak edib. 100-dən artıq gəncin iştirak etdiyi görüş Azərbaycan Himninin səslənməsi ilə başlayıb. Görüşdə Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə iştirak edən qonaq gənclərimizi təbrik edib və uğurlar arzulayıblar.

 

 

Keçidlər