Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

24 yanvar 2021 | 04:01

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması, bu istiqamətdə vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə Neftçala rayonunda mütəmadi olaraq abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hal-hazırda davam etdirilir.
Bu istiqamətdə görülən işlərin davamı olaraq yanvar ayının 22-də Həsənəbad qəsəbəsi Qəhrəman Babayev küçəsində yerləşən Şəhidlər parkında Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə koronavirus (COVİD -19 ) pandemiyasını nəzərə alaraq məhdud sayda əməkdaşların iştirakı ilə müxtəlif növ ağac, mövsümi gül kollarının əkilməsi aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Neftçala RİH məsul şəxsləri, şəhid valideynləri, ağsaqqalar, rayon ziyalıları, rayon Könüllüləri və fəal gənclər iştirak ediblər. Bu kampaniyada təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox saylı tədbirlər və layihələr həyata keçirilməsi nəzərdə tutulub.

Keçidlər