Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olundu

21 iyul 2020 | 07:07

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun rəhbərliyi ilə keçirilən iclasda ilk öncə son günlərdə gedən döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın ruhu bir dəqiqəlik sükutla anıldı. İclasın rəsmi hissəsində isə müvafiq əmrə əsasən Neftçala Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunan Dadaşov Vüqar İsrəfil oğlunun təqdimatı olmuşdur.⠀⠀
Xatırladaq ki, Vüqar Dadaşov bu vəzifəyə qədər 2006-2016-cı illərdə Neftçala şəhər Humanitar Təmayüllü Muğan liseyində Tarix müəllimi, 2010-2016-cı illərdə Mədəd Humanitar Təşkilatı İctimai Birliyində Baş təlimçi, 2016-ci ildən bu təyinata qədər Neftçala şəhər N.Gəncəvi adına 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışıb. ⠀
Həmçinin, Vüqar Dadaşov 2013-2014-cü ilin yekunlarının nəticələrinə əsasən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, İlin Ən yaxşı müəllimi döş nişanı və vəsiqəsi ilə Cənab Prezident İlham Əliyev tərəfindən mükafatlandırılıb, 2017-ci ilin Respublika Həmkarlar Konfederasiyası tərəfindən “İlin peşəkar gənci“ döş nişanını kimi uğurlar qazanmağa nail olmuşdur.⠀⠀
⠀⠀
Vüqar Dadaşova peşəkar karyerasında uğurlar və nailiyyətlər arzulayırıq.

Keçidlər