Şriftin ölçüsü :

Saytın rəngi :

10 iyul 2020-ci il tarixində Neftçala rayonunda əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi keçirilmişdir

11 iyul 2020 | 03:07

İmtahanların keçirilməsi Neftçala şəhər Samid İmanov adına 1 saylı tam orta məktəbi ayrılmışdır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunmasına dair hazırladığı metodiki göstərişləri nəzərə alaraq imtahan binası dezinfeksiya olunaraq imtahana hazır vəziyyətə gətirilmişdir. İştirakçılar imtahana tibbi maska ilə gəlmiş və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etmiş, aralarında 2 metrlik məsafəni gözləməklə yerə çəkilmiş xətlər üzrə hərəkət etmişlər.⠀⠀

İmtahan vermiş bütün abituriyentlərə uğurlar arzu edir, yüksək nəticələr əldə etməklərini diləyirik!

Keçidlər