Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov yerli icra nümayəndələri və bələdiyyə sədrləri ilə onlayn görüş keçirib

03 iyul 2020 | 03:07

Keçirilən Müşavirənin məqsədi Koronavirus pandemiyası ilə əlaqədar rayonda mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası olub.⠀
Mirhəsən Seyidov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib. Müşavirədə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, Keçirilən müşavirədə ölkə üzrə bütün rayonlarda karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib. ⠀
İcra Hakimiyyətinin başçısı Neftçala rayonu ərazisində karantin rejiminin tələblərinin qüsursuz şəkildə icra edilməsi ilə əlaqədar ⁣yerli icra nümayəndələri və bələdiyyə sədrlərinə ciddi tapşırıqlar verib. Bütün yaşayış məntəqələrində sanitar-epidemioloji normalara şərtsiz əməl olunmasını və yerli qurumların əməkdaşlarının iş prosesində zəruri qoruyucu mühafizə vasitələrindən istifadə etmələrini diqqətə çatdırılıb. İcra başçısı yerlərdə mobil və işçi qruplar tərəfindən sakinlərlə qoruyucu maska, şəxsi dezinfeksiya və tibbi-mühafizə vasitələrindən mütləq qaydada istifadəyə dair təlimatlandırma işlərinin daha da gücləndirilməsini, ictimai yerlərdə, nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında insanlar arasında sosial-təmas məsafəsinin gözlənilməsini, vətəndaşların kompakt şəkildə toplaşmasının, xüsusilə, hüzr mərasimlərində adamların kütləvi şəkildə yığılmasının qarşısının alınmasını ciddi şəkildə tələb edərək yerlərdə ictimai fəal şəxsləri bu tədbirlərə cəlb etməyi tapşırıb.

Keçidlər