Şriftin ölçüsü :

Saytın rəngi :

Koronovirus pandemiyası dövründə Neftçala rayon ərazisində mövcud olan məktəbəqədər təhsil müəssisələrində görülən işlər” mövzusunda onlayn iclas

22 iyun 2020 | 04:06

Neftçala rayonu ərazisində mövcud olan bütün körpələr evi-uşaq bağçalarının müdirləri ilə İcra Hakimiyyətinin məsul nümayəndəsinin iştirakı ilə “Koronovirus pandemiyası dövründə Neftçala rayon ərazisində mövcud olan məktəbəqədər təhsil müəssisələrində görülən işlər” mövzusunda iclas prosesi baş tutmuşdur.⠀
İclas prosesində bağçanın tərbiyəçiləri tərəfindən keçirilən online dərslərin səmərəlilik səviyyəsinin artırılmasına, yaranan çətinliklərin aradan qaldırılmasına, uşaqların həvəsləndirilməsi istiqamətində verilən təkliflərə toxunulmuş, yaranan suallar cavablandırılmış, gələcək işlər planlaşdırılmışdır. Eyni zamanda bütün bağçaları əhatə edən təmizlik işləri və onların gedişatı da iclasın gündəmində dayanan əsas məsələlərdən olmuşdur.

Keçidlər