Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcraHakimiyyəti yanında yaradılan mobil qrup üzvləri və "könüllülər” qrupu tərəfindən rayonun mərkəzində əhalinin sıx toplaşdığı ərazilərdə vətəndaşlara pulsuz tibbi maskalar və əlcəklər paylanılmışdır

21 iyun 2020 | 04:06

⁣Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq keçirilən tədbirlər çərçivəsində Neftçala Rayon İcraHakimiyyəti yanında yaradılan mobil qrup üzvləri və "könüllülər” qrupu tərəfindən rayonun mərkəzində əhalinin sıx toplaşdığı ərazilərdə vətəndaşlara pulsuz tibbi maskalar və əlcəklər paylanılmışdır.⠀
Karantin qaydalarının yumşaldılması ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qrup üzvləri və könüllülər tərəfindən keçirilən aksiya çərçivəsində rayon sakinlərinə, yaşlılara, uşaqlı qadınlara, rayon ərazisində fəaliyyət göstərən sahibkarlara və digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyyə olunmuş, onlarla maarifləndirici söhbətlər aparılmışdır.⠀
Aksiyanı razılıq hissi ilə qarşılayan vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirmişlər.

Keçidlər