Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində illərdir tullantıların toplandığı poliqonda təmizlənmə işləri aparılır.

19 iyun 2020 | 10:06

Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində illərdir tullantıların toplandığı poliqonda təmizlənmə işləri aparılır.
Ekoloji cəhətdən bərbad vəziyyətdə olan 10 hektar ərazidə 12 iyun tarixindən etibarən xüsusi cəlb edilmiş texnika vasitəsilə işlərə start verilib. Hazırda ərazidə olan tullantıların böyük bir qismi təmizlənib. Ekoloji sağlam mühit formalaşdırılıb.
Qeyd edək ki, artıq nəzarətdə olan poliqonda mütəmadi olaraq tədbirlər həyata keçiriləcək.

Keçidlər