Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyəti başçısı MirHəsən Seyidov tibb işçilərinin peşə bayramını təbrik edib

18 iyun 2020 | 01:06

⁣Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində bütün dövlətlər kimi, Azərbaycan dövləti də təxirəsalınmaz tədbirlər həyata keçirir. Respublika Prezidenti cənab İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində uğurlu nəticələr əldə edilir.⠀⠀
⠀⠀
Bu uğurun əldə edilməsində isə heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin də rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər danılmazdır. Koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə “əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar.⠀⠀
⠀⠀
Neftçala Rayon Mərkəzi Xəstəxanasında çalışan həkimlər və tibb işçiləri də ölkəmizdə yaşanan bu çətin vəziyyətdə, xüsusi karantin rejimi dövründə koronavirusla mübarizədə əsl güc, dəyanət nümayiş etdirirlər. Vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirərək üzərilərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırlar.⠀⠀
⠀⠀
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov fəaliyyətə başladığı ilk gündən səhiyyə sahəsinə, həkimlərimizə, tibb işçilərinə hər zaman diqqət və qayğı göstərir. Rayon rəhbəri koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş karantin rejimi dövründə vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirən Neftçala Rayon Mərkəzi Xəstəxanasında çalışan həkimləri və tibb işçilərini də diqqətdən kənarda qoymayıb. İcra başçısı koronavirus ilə mübarizədə iştirak edən həmin tibb işçilərini əməyini, əziyyətini yüksək qiymətləndirib: “Həyatın hər anında bizlərin sağlamlığımız üçün yorulmadan, səngimədən çalışan, xüsusilə də dünyanın qlobal təhlükə sayılan koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə öz gecəsini gündüzünə qataraq, daim yüksək qayğı və peşəkarlıqla öz peşəsini fədakarlıqla icra edən Tibb İşçilərimiz! Peşə Bayramınız mübarək”.⠀⠀
⠀⠀
İcra başçısı bildirib ki, istər ölkə rəhbəri cənab İlham Əliyevin, istərsə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaqdır. Ölkə başçısının “Biz birlikdə güclüyük!” çağırışı, Birinci vitse-prezidentin ana, bacı, nənə kimi vətəndaşlarımıza çağırışlar etməsi ölkəmizdəki birliyin, həmrəyliyin, dövlət dəstəyinin təcəssümüdür. Ölkəmizdəki mövcud vəziyyətdə dövlət-xalq birliyini bütün dünyaya nümayiş etdirməkdir. ⠀⠀
⠀⠀
İcra başçısı Rayon Mərkəzi Xəstəxanasının bütün işçilərini, eləcə də Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan tibb işçilərinin əməyini yüksək qiymətləndirərək bir daha öz minnətdarlığını bildirib.

Keçidlər