Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları bu gün də, sabah da Azərbaycanın uğurlarının təminatçısıdır

16 iyun 2020 | 09:06

Bu gün Azərbaycan bəynəlxalq siyasi arenada güclü və nüfuzlu, ictimai-siyasi sabitliyin, əmin amanlığın qorunub saxlanıldığı bir dövlət kimi qəbul edilir.Heç şübhəsiz ki, müstəqil Azərbaycan dövləti hazirki inkişaf səviyyəsinə asan yolla çatmayıb.Müstəqillik qazandıqdan sonra müxtəlif dönəmlərdə ayrı-ayrı problemlər və situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və vahidlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanımızın tərəqqisini təmin edərək  bu günkü günədək gəlib çıxmışdır.
1991-ci ildə Azəbaycan müstəqillik əldə etsə də dövlət olaraq çox dərin problemlər və kataklizmlərlə üz-üzə dayanmışdı. Azərbaycan müstəqilliyinin ilk illərində ayrı-ayrı xarici qüvvələrin döyüş meydanına çevrilmişdi. Bütün bu problemlər ilk növbdədə Azərbaycan adlı bir dövlətin varlığını kölgə altına atmış olurdu.1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Musavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü.Həmin günlərdə məmur özbaşnaliği, korrupsiya, rüşvətxorluq gündəlik həyatın reallığına çevrilmişdi. Qanunsuz silahlı dəstələr, quldur qruplaşmaları meydan sulayırdılar.İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Azərbaycanı xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilmiş, ölkədə separatizm meylləri baş qaldırmağa başlamışdı.Ölkənin bir çox regionlarında-Gəncədə,Lənkəranda, Qusarda qanunsuz silahlı birləşmələr yaradılmağa başlamış və həmin birləşmələr qətiyyətlə mərkəzi hakimiyyətə tabe olmadıqlarını bəyan etmişdilər.
Həmin dönəmlərdə Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi. Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Sürət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərarı həzm etməyən Sürət Hüseynov tabeliyində olan qoşun hissələrinin paytaxt Bakı şəhərinə doğru istiqamət götürməsi əmrini vermişdi. Gəncədə o cümlədən Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı.Vəziyyət getdikcə kəskinləşirdi. Hadisələri nəzarət altına almaq üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Sürət Hüseynovun qanunsuz silahli birləşmələri arasında baş verən döyüş hadisələrin kuliniminasiya nöqtəsi idi. Bütün bu kimi hallar isə ümumilikdə ona dəlalət edirdi ki, Azərbaycan vətəndaş müharibəsi ilə qarşı-qarşıya idi. O, zaman hakimiyyətdə olan AXC-Musavat iqtidarı diplomatik resusrları və strateji idarəetmə potensialı ile bunun qarşısını almağa aciz idi. Bu baxımdan Surət Hüseynovun başlatdığı 4 iyun hadisələri də Azərbaycanda AXC-Musavat iqtidarının heç bir təsirə və gücə malik olmadığını sübutunun əyani göstəricisi idi.Yaranmış bütün bu siyasi böhran Azərbaycan adlı bir dövlətin dünya xəritəsindən bir dövlət kimi silinmək təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu.
Azərbaycan olduqca mürəkkəb situasiya ilə, həm ölkədə vətəndaş müharibəsinin baş verə bilməsi, həmdə parçalanmaq təhlükəsi ile üz-üzə qalmışdı.Belə bir vəziyyətdə xalqımız 1993-cü ildə Azərbaycan xalqını və dövlətini mövcüd siyasi bataqlıqdan xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Xalqla bərabər o zaman hakimiyyətdə olan iqtidar nümayəndələridə çox gözəl başa düşürdülər ki xalqı və dövləti bu bəladan yalnız Heydər Əliyev qurtara bilər. İyun ayın 9-da Ümummilli Lider Heydər Əliyevin Naxçıvandan Bakıya tarixi gəlişi ilə Azərbaycanın taleyi ilə bağlı yaranmış narahatçılığa son qoyuldu. Bu tarixi qayıdış xalqımızı fəlakətdən xilas etdi.15 iyun 1993-cü ildə ölkəmizin siyasi həyatında çox mühüm hadisə ilə , siyasi müstəvidə yeni mərhələyə keçidlə yaddaşlarda qaldı. Belə ki, qeyd olunan tarixdə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi yazıldı.
Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi iradəsi əsasında atdığı səmərəli addımlar  sayəsində ölkədə hökm sürən hərc-mərcliyin, siyasi anarxiyanın, dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. İlk növbədə Azərbaycan vətəndaş müharibəsindən, tənəzzül və məhv olmaq təhlükəsindən xilas olaraq inkişaf yoluna qədəm qoydu.Bütün bu qeyd olunanlara nail olmaqda Ümummilli Lider Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi rol oynadı. 1993-cü il 3 oktyabr tarixində keçirilən prezident seçkilərində xalqın yüksək etimadı ilə yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev ölkə ərazisində milli maraqlara əsaslanan fəaliyyəti ilə milli həmrəyliyi və inkişafı təmin etdi. Respublika ərazisində ilk növbədə ictimai-siyasi sabitlik təmin edildi, asayiş və qayda-qanunlar bərqərar edildi, nizami ordu yaradıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həll edilməsi istiqamətində bir çox mütərəqqi addımlar atıldı, münaqişənin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.Bir çox beynəlxalq əhəmiyyətli sammitlərdə dünya dövlətləri ilə bu mövzuda danışıqlar aparılaraq Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyinə və Ermənistanın işğalçı dövlət kimi tanınmasına nail olundu və ən nəhayət Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısını aldı və ölkəmiz tənəzzüldən xilas edilərək itirilmiş nüfuzu geri qaytarıldı, tərəqqi yoluna çıxarıldı.
Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edilməyə başlanıldı. Artıq beynəlxalq iqtisadi təşkilatlar Azərbaycan iqtsadiyyatına sərmayə yatırmağa çəkinməkdən vaz keçdilər."Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Müstəqil Azərbaycanımızın sürətli inkişafı ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla icra olunmaqdadır.Aparılan məqsədyönlü siyasi kurs, sosial yönümlü islahatlar nəticsində bu gün Azərbaycan dünya dövlətləri ilə rəqabət apara biləcək iqtisadi gücə malikdir.Bu gün Azərbaycan dünyanın bir çox iri iqtisadi layihələrində donor dövlət kimi iştirak edir, beynəlxalq idman, mədəni və siyasi tədbirlərə ev sahibliyi edir. Bütün bu nailiyyətlər bu gün siyasi hakimiyyətin zəminli əllərdə olduğunun əyani sübutudur.Bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursu yekdilliklə dəstəkləyir.

Keçidlər