Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiyaya qarşı dövlətimiz tərəfindən önləyici tədbirlər görülür və koronavirusla mübarizənin bazası gücləndirilir

12 iyun 2020 | 03:06

Dünyanı cənginə alan, insanların kütləvi ölümünə səbəb olan xəstəlik meydana çıxan gündən ölkəmizdə çox ciddi tədbirlərin görülməsi, lazımi işlərin həyata keçirilməsi onun kütləvi şəkildə yayılmasının qarşısını alsa da, tam şəkildə zərərsizləşdirmək mümkün olmamışdır. Bu qorxunc virus yayılmaqda və yoluxmaqda davam edir. Son vaxtlar ölkəmizdə tətbiq olunan karantin rejiminin xeyli dərəcədə sərtləşdirilməsi, bir sıra məhdudiyyətlərin tətbiq olunması da bununla bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz koronavirusdan qorunmaq, xəstəlyin qarşısını almaq üçün lazım olan bütün tədbirləri görür.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı zamanı ölkəmizdə aparılan karantin tədbirləri ilə bağlı geniş çıxışında bir sıra məqamlara toxunaraq bütün vətəndaşları məsuliyyətə və nizam-intizama dəvət etmiş, ictimai yerlərdə, xüsusilə qapalı yerlərdə tibbi maskadan istifadəyə çağırmış, insanların sağlamlıqlarının hər zaman birinci yerdə olmasını xüsusi vurğulamışdır. Bir çox dövlətlərdən fərqli olaraq Azərbaycan nadir ölkələrdəndir ki, virusa yoluxanlar yalnız xəstəxana şəraitində müalicə alırlar. Bundan ötrü ölkəmizdə bütün zəruri tədbirlər həyata keçirilir ki, ən çətin vəziyyətə ölkəmiz hazır olsun. Yeni modul tipli xəstəxanaların tikintisi də məhs buna xidmət edir. Çünki əsas vəzifə insanları bu xəstəlikdə qorumaqdır, onların həyatını xilas etməkdir. Pandemiyaya qarşı mübarizədə Azərbaycan bir sıra qabaqcıl ölkələrdən öndə gedir. Səhiyyə sistemi inkişaf etmiş etmiş, əhalisi təxminən Azərbaycanla eyni olan ölkələrdə virusdan ölənlərin sayı on minə yaxındır. Azərbaycanda isə yoluxanların sayı 8 minə qədərdir. Bu isə qeyd olunan istiqamətlərdə atılmış düzgün addımların nəticəsidir. Artıq ölkəmizdə pandemiyaya qarşı mübarizədə istifadə olunan bir sıra məhsullar istehsal olunur.
Ölkə başçısı cənab İlham Əliyev pandemiya dövründə vətəndaşların sağlamlıqları üçün çalışan həkimlərin, ümumilikdə tibb personalının fədakarlıqlarını yüksək qiymətləndirərərk onlara təşəkkürünü bildirmiş, dövlətin onlara göstərdiyi qayğsını qeyd etmişdir.
Pandemiya dövrü ərzində Azərbaycanın Prezidentinin təşəbbüsləri ilə videokonfrans formatında beynəlxalq tədbirlər keçirilmiş, koronavirusla mübarizədə bütün dövlətlərin vahid mövqedən çıxış etməsinin zəruriliyi barədə ölkəmiz öz təkliflərini irəli sürmüş, pandemiya dövründə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına ianə şəklində, fərdi qaydada 14 ölkəyə hümanitar yardımlar etmişdir.
Koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində Neftçala rayonunda da bütün imkanlar və qüvvələr səfərbər olunmuş, görülən işlər gündəlik olaraq nəzarətə götürülmüşdür. Bu ağır günlərdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etmək üçün dövlət başçısı cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışına qoşularaq bu işdə rayonda ilk təşəbbüs göstərən Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov icra başçısı kimi ilk əmək haqqısını fondun hesabına köçürdü. Bu nəcib təşəbbüsə rayonun ayrı-ayrı idarə, müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və imkanlı şəxslər də qoşularaq fonda ianələr etdilər. "Evdə qal” çağırışı, müraciəti ilə bağlı əhali arasında mobil qruplar vasitəsilə, informasiya vasitələrinin gücündən istifadə etməklə hər gün ətraflı izahat işləri aparılmış, onların qoruyucu maska, dezinfeksiyaedici məhlul və spirtlə təmin edilməsi, yaşlı, kimsəsiz, aztəminatlı ailələrə yardım göstərilməsi, aztəminatlı vətəndaşların siyahıya alınması, onlara ərzaq yardımı edilməsi, ictimai binaların, qeyri-yaşayış binalarının, sosial obyektlərin, küçə, park, xiyabanların vaxtaşırı dezinfeksiya edilməsi bu sıradandır. 2020-ci il "Könüllülər ili" çərçivəsində bu tədbirlərin həyata keçirilməsində könüllülərin qüvvəsindən daha geniş istifadə edilmiş, onlar pandemiya dövründə görülən işlərə geniş cəlb olunmuşlar.
Koronavirusa qarşı mübarizə tədbirləri istiqamətində görülmüş işləri yüksək qiymətləndirən xalqımız tərəfindən dövlət başçısına ünvanlanan çoxsaylı müraciətlər çəkilən zəhmətin hədər getmədiyinə, hamılıqla bu mübarizədə birlik nümayiş etdirməklə bu bəladan qurtaracağımıza əsas verir.

Keçidlər