Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda taxıl biçini sürətlə davam edir

08 iyun 2020 | 01:06

⁣Neftçala rayonunda taxıl biçini sürətlə davam edir. Neftçala rayonu Respublika üzrə ən çox arpa əkini aparılmış rayonlardan biridir.⠀
Bu günədək rayon üzrə 36803 hektar arpa sahəsinin 30062 hektarında biçin həyata keçirilmişdir. Sahələrdən 86243 ton arpa yığılıb ki, bu da 28.7 sentner məhsuldarlıq deməkdir.⠀
Arpa biçininə 116 kombayn cəlb olunmuşdur ki, bunun 26 ədədi "Aqrolizinq" ASC-nin, 53 ədədi fərdi mülkiyyətçilərin , 37 ədədi isə "Aqrolizinq" xətti ilə digər rayonlardan dislokasiya olunmuş kombaynlardır.⠀
Neftçala rayonunda ümumi 43066 hektar taxıl əkini vardır ki, bundan 6263 hektarı buğda, 36803 hektarı isə arpadır. Buğda sahələrinin biçininə isə bu ayın ortalarından kütləvi şəkildə başlanacaqdır.

Keçidlər