Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya dövründə karantin rejimi qaydalarına hər bir vətəndaş əməl etməlidir

05 iyun 2020 | 10:06

Ölkəmizdə COVİD-19 pandemiyasının qarşısının alınması, insanların təhlükəsizliyinin qorunması istiqamətində operativ məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuş, bu səbəbdən karantin rejimi qaydalarının yumşaldılması prosesinə başlanılmışdır. Lakin son vaxtlarda qaydaların yumşaldılmasından istifadə edən vətəndaşların əksəriyyəti pandemiyanın törətdiyi təhlükənin ötüb keçdiyini zənn edərək karantin qaydalarına əməl etməmiş, bunun nəticəsində də virusa yoluxanların sayında artım müşahidə edilmiş və karantin rejiminin yenidən sərtləşdirilməsi gündəmə gəlmişdir. Vətəndaşların sağlamlıqlarının qorunması məqsədilə həftə sonları tam qapanma prosesinə başlanılması nəzərdə tutulur. Ölkə başçısı cənab İlham Əliyevin Tərtər rayonuna səfəri zamanı tibbi maskadan istifadə etməsi hər bir vətəndaş üçün nümunə olmalı, karantin rejimi qaydalarına ciddi və məcburi əməl olunması kimi qəbul edilməlidir. Pandemiya dövründə vətəndaşlar tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etmələri, onlarda məsuliyyət hisslərinin artırılması məqsədilə yerlərdə yaradılmış mobil qruplar vasitəsilə, könüllülərin qüvvəsindən istifadə etməklə əhali arasında geniş izahat və maarifləndirmə işlərinin artırılması, aidiyyəti orqanlarla birgə bu sahəyə ciddi nəzarət tədbirlərinin gücləndirilməsi barədə Neftçala rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə və  yerli bələdiyyə orqanlarının rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Keçidlər