Şriftin ölçüsü :

Saytın rəngi :

⁣Neftçala Rayon İcra başçısı Mirhəsən Seyidov Müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik mesajı yayımlayıb.

25 may 2020 | 03:05

Neftçala Rayon İcra başçısı Mirhəsən Seyidov Müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik mesajı yayımlayıb.
Təbrikdə deyilir:
Əziz və dəyərli Neftçala sakinləri! Sizləri dünya müsəlmanlarının müqəddəs və əziz günü – Mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Əsrlərlə azərbaycanlılar üçün dəyərli və xüsusi əhəmiyyətə malik olmuş bu müqəddəs bayram daim insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırıb. Ramazan ayı həmçinin ictimai sosial ədalətin yerinə yetirilməsi baxımından, insanlar üçün fürsət kimi dəyərləndirilir. Bu ay, cəmiyyətin fərdləri arasında əlaqələrin gücləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olan Ramazan ümumbəşəri əhəmiyyətə malik bir bayramdır. Belə bir dəyərli və müqəddəs gündə xalqımıza əmin-amanlıq, firavanlıq arzu edirəm. ⠀

Əziz Neftçalalılar! Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olunmasını diləyirəm. Azərbaycanımızın daha da güclənməsi, Ali Baş Komandan rəhbərliyi ilə, işğal altında olan torpaqlarımızın ən yaxın zamanda azad edilərək bütövləşməsi, müstəqilliyimizin əbədi qalması üçün hər birinizin etdiyi dualara qatılıram.⠀

Bu il Ramazan ayının dünyanı cənginə alan koronavirus pandemiyası dövrünə düşməsi səbəbindən insanlarımıza bu qlobal bəladan az zərər görməsini arzulayıram! Həqiqətən də ölkəmizdə aparılan çox şaxəli və müdrik siyasəti nəticəsində Azərbaycan bu pandemiyadan ən az itki və ən az zərərlərlə çıxan ölkələr sırasında oldu. Bu bir daha bizim vətəndaş-dövlət həmrəyliyinin hansı səviyyədə olmasından xəbər verdi. Bütün bu çətinliklərə baxmayaraq xalqımız nikbin ruhdadır və bu il də müqəddəs Ramazan bayramını əvvəlki illərdə olduğu kimi xoş əhval ruhiyyə ilə qeyd edir. Bayramınız mübarək !

Keçidlər