Şriftin ölçüsü :

Saytın rəngi :

⁣Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə baxış həyata keçirib

20 may 2020 | 01:05

⁣Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə baxış həyata keçirib.⠀
Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək buraxılış imtahanlarına uyğun məktəblərdə mövcud vəziyyət yoxlanılıb. Təhsil müəssisələrinin direktorları, yerli icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə həyata keçirilən baxış zamanı mövcud problemlərlə bağlı müvafiq tapşırıqlar verilib. Rayon ərazisində fəaliyyət göstərən məktəblərdə yenidən kompleks dezinfeksiya işlərinin həyata keçirilməsi, su təminatının yaxşılaşdırılması və sanitar qovşaqların daha yaxşı vəziyyətə gətirilməsi ilə bağlı yerində qərarlar qəbul olunub. Rayon İcra Hakimiyyəti tərəfindən mövcud problemlərin həlli üçün aidiyyəti şəxslərə tapşırıqlar verilib.

 

Keçidlər