Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

21 yanvar 2020 | 04:01

Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olan 20 yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, xalq hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir. Neftçala rayonunda Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar izdihamlı anım tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları “20 Yanvar şəhidləri abidə-kompleksi"ni, iyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtramla yad etmişlər.
    Anım mərasimi sonra Heydər Əliyev Mərkəzində faciənin dəhşətlərini əks etdirən rəsm sərgisi və  Mədəniyyət Mərkəzinin kollektivinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.
    Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, 20 Yanvar faciəsi zamanı şəhid olmuş şəxslərinailələri və 20 Yanvar əlilləri ilə görüşmüşdür.

Keçidlər