Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “650 min ağac əkək” aksiyası çərçivəsində ağacəkmə kompaniyası keçirildi

07 dekabr 2019 | 07:12

06 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulan Neftçalalılar rayon ərazisində bir gündə 21 min ağac əkdilər.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri, ictimaiyyətin nümayəndələri və gənclər iştirak etdi.
Bu məqsədlə rayonda əvvəlcədən  ağac əkiləcək yerlər müəyyənləşdirilib və ərazidə müvafiq işlər aparılmışdır.

 

Keçidlər