Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib

09 avqust 2019 | 03:08

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, avqustun 8-də Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Neftçala rayon Heydər Əliyev Mərkəzində Neftçala rayonundan olan vətəndaşları qəbul edib. 

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda vətəndaşlar rayonun Boyat kəndi ərazisində yerləşən tarixi əhəmiyyətli məzar daşlarının qorunması, görkəmli kimyaçı alim, akademik Yusuf Məmmədəliyevin 115 illik yubileyinin keçirilməsinə köməklik göstərilməsi, Kukla teatrına Xalq kollektivi adının verilməsi, “Ailə”, “Kitab və kitabxana” layihələrinin keçirilməsi, “Kitabxanaçı günü”nün təsis olunması, rayon mərkəzindən kənarda yerləşən mədəniyyət müəssisələrinə musiqi alətlərinin verilməsi ilə bağlı müraciət ediblər.
Qəbulda həmçinin Mərkəzi kitabxanada ALİSA - mərkəzləşdirilmiş elektron kitabxana sisteminin tətbiqi üçün fiber-optik internet xəttinin çəkilməsi, Mədəniyyət mərkəzində istilik sisteminin quraşdırılması barədə müraciətlər də səsləndirilib.

Keçirilən qəbullarda Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələri də iştirak edib. Görüşlərdə vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerində həll edilib. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.


 

Keçidlər