Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirildi

16 iyun 2019 | 02:07

Neftçala rayonunda 15-iyun Milli Qurtuluş günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Tədbirdə rayon rəhbərliyi ilə yanaşı, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri,eləcə də rayon ictimaiyyəti də iştirak etmişdir.

Tədbir iştirakçıları əvvəlcə Neftçala şəhərinin mərkəzində Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra tədbir rayonun Bayraq meydanında  bayram konserti davam etmişdir.

 

Keçidlər