Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada uşaq incəsənət məktəbi əsaslı təmir edilir

03 aprel 2019 | 07:04

Mədəniyyət Nazirliyi tərəfindən 361 şagirdin təhsil aldığı Neftçala Rayon Uşaq İncəsənət Məktəbi əsaslı təmir olunur.

1959-cu ildə tikilib istifadəyə verilən incəsənət məktəbində 60 ildə bir dəfə də olsun əsaslı təmir aparılmayıb. Bu da məktəbdə təhsilin yüksək səviyyədə təşkilində çətinliklər yaradırdı. Təhsil ocağında yaranan vəziyyət nəzərə alınaraq ötən ilin axırlarında təmir işlərinə başlanılıb.

Hazırda təhsil ocağında son tamamlanma işləri görülür. Yaxın günlərdə məktəbdə inventar və avadanlıqların quraşdırılmasına başlanılacaq. Bu işlər başa çatdıqdan sonra məktəb binası istifadəyə veriləcək.

Keçidlər