Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib.

15 sentyabr 2018 | 08:09

12 sentyabr 2018-ci il tarixdə Neftçala  rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə gül dəstələri qoyublar.
Konfransda Neftçala rayon İcra Hakimiyyətinin başçısı  İsmayıl Vəliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutunun şöbə müdiri Bibixanım İbadova, məktəb direktorları, qabaqcıl pedaqoqlar və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

Neftçala  rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov   “2017-2018-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edərək ötən tədris ilində görülmüş və növbəti dərs ilində görüləcək işlər barədə geniş məlumat verdi.

Konfransda Neftçala rayon İcra Hakimiyyətinin başçısı  İsmayıl Vəliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutunun şöbə müdiri Bibixanım İbadova  çıxış edərək  bütün təhsil işçilərini yeni tədris ilinin başlanması  münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək, çətin və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzuladılar.
     
Sonra Neftçala rayon Ə.Cəfərov adına Bankə qəsəbə 1 saylı tam orta məktəbin direktoru Orucəli Hüseynov, Neftçala şəhər 1 saylı tam orta məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini Dilarə Səfərova, övladı  qızıl medal almış valideyn Famil Əliyev və Ali məktəblərə keçirilən qəbul imtahanlarında 685 bal toplamış Qaçaqkənd kənd tam orta məktəbin məzunu Muxtar Məmmədov çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik etmiş, təhsilin inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda  600 baldan yüksək nəticə göstərən 13 nəfər məzuna   rayon İcra hakimiyyəti başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər