Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Yazıçılar Birliyi tərəfindən şair və yazıçıların rayon ictimaiyyəti və ədəbiyyatsevərlərlə görüşü

17 may 2018 | 09:05

16 may 2018- ci ildə Neftçala rayon Heydər Əliyev Mərkəzdə Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi tərəfindən  şair və yazıçıların rayon ictimaiyyəti və ədəbiyyatsevərlərlə görüşü keçirilmişdir.Tədbir Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Ədəbiyyatı Bölməsinin sədri, Dünya Azərbaycanlılar Yazarlar Qurumunun sədri Sayman Aruzun yaradıcılıq gecəsinə həsr edilmişdi.Tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü Xolqaraqaşlı kənd orta məktəbinin direktoru Rühəngiz Nəcəfova aparırdı. Tədbirdə xalq şairi prof. Sabir Rüstəmxanlı, Qəzənfər Paşayev, prof. Paşa Qəlbinur, millət vəkilləri Jalə Əliyeva və Fazil Qəzənfəroğlu, ədəbiyyatşünas, tənqidçi İlham Rəhimli, xalq artistləri Ağasəlim Abdullayev və Fəxrəddin Dadaşov, əməkdar artist Zakir Əliyev iştirak edirdilər.

 

Keçidlər