Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib

03 mart 2018 | 08:03

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.

Növbəti belə qəbul martın 2-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında keçirilib.

Qəbul zamanı nazir Oqtay Şirəliyev Neftçala, Salyan, Biləsuvar və Cəlilabad sakinlərinin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Keçidlər