Şriftin ölçüsü :

Saytın rəngi :

Yanvar faciəsi qurbanlarının əziz xatirəsi rayonumuzda da ehtiramla anıldı

21 yanvar 2018 | 04:01

1985-ci ildə SSRİ rəhbərliyinə gələn Mixail Qorbaçovun elan etdiyi yenidənqurma və aşkarlıq uzun illərdən bəri imperiyanın əsarətində yaşayan xalqların və millətlərin içindəki azadlıq, müstəqillik arzularını yenidən közərtməyə, alovlandırmağa başladı. Ayrı-ayrı respublikalarda milli azadlıq hərəkatlarının geniş vüsət alması şübhəsiz ki, Moskvanın diqqətindən yayına bilməzdi. Əvvəlcə Gürcüstanda, sonra Baltikyanı respublikalarda törədilən qanlı olaylar başqa respublikalara bir mesaj idi. Amma oyanaraq azadlıq arzusu ilə yaşayan xalqları, millətləri yenidən sakitləşdirmək, qorxutmaq mümkün deyildi. Nəyin bahasına olursa olsun onlar öz müstəqilliklərinə, azadlıqlarına nail olmaq arzusu ilə yaşayır və mübarizə aparırdılar. Belə bir vaxtda uzun illər çörəyimizi yeyib suyumuzu içən nankor qonşularımızın fürsətdən istifadə edərək yenidən torpaqlarımıza göz dikmələri, “böyük Ermənistan” yaratmaq sevdaları xalqımızı xüsusilə hiddətləndirir, səbr kasasını daşdırırdı. Buna görə də yüz minlərlə insan küçələrə,meydanlara çıxaraq haqq səslərini ucaldır, ermənipərəst Kreml rəhbərlərinə etirazlarını bildirirdilər. Bakıda mitinqlərin, etiraz nümayişlərinin getdikcə genişlənməsi, mütəşəkkil, dönməz xarakter alması Moskvanı qorxudur, daha da qəzəbləndirirdi. Vəziyyət belə davam edə bilməzdi. Azərbaycandakı milli azadlıqhərəkatının qarşısı alınmasaydı, bu, ölkə miqyasında daha böyük hadisələrə səbəb ola bilərdi.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq elan olunmadan xüsusi qoşun birləşmələrinin Bakıya yeridilməsi son dərəcə dəhşətli, ağlagəlməz faciələrin baş verməsinə gətirib çıxardı. Qabaqcadan hazırlanaraq psixoz vəziyyətinə gətirilmiş, gözlərini qan örtmüş əsgərlər heç bir vəhşi hərəkətlərdən çəkinmədilər. O dəhşətli gecədə yüzdən çox günahsız insan xüsusi amansızlıqla qətlə yetirildi, çoxlu sayda insanların sağlamlıqlarına ağır zərbə vuruldu. Onların çoxu ömürlük şikəst oldu. Sarsıntılar nəticəsində dəli olmaq dərəcəsinə çatanlar da az olmadı. Həyatla əbədi vidalaşanların sırasında həmyerlimiz Şəmsəddin Orucov da vardı. Heç bir günahı olmayan Şəmsəddinin ailəsinin, uşaqlarının gözləri qarşısında, evində gülləbaran edilməsi sözün əsl mənasında vəhşilik, namərdlik idi.Paytaxt Bakıda bu vəhşiliklər azmış kimi azğınlaş mış sovet əsgərləri respublikamızın ayrı-ayrı şəhər və rayonlarında, o cümlədən Neftçalada da qanlı hadisələr törədərək dinc insanları qətlə yetirdilər. Öz sadə peşəsi ilə həmyerlilərinin dərin hörmətini qazanmış Nurəddin Ağahüseynov məhz açılan naqafil düşmən gülləsinin qurbanı oldu. Vətəninin, yurdunun azadlığını şirin canından üstün tutan gənc Əbülfəz Cəfərov bütün  işgəncələrə  mərdliklə dözərək düşmənə təslim olmadı, “Vətən”, “Azərbaycan” kəlmələri ilə də gözlərini əbədi yumdu. Bu yurdsevər, mərd, mübariz gəncin faciəli ölümünün şahidi olanlargördüklərini, eşitdiklərini danışanda adam bu gün də dəhşətə gəlir, belə vəhşilikləri insanların törətdiklərinə inana bilmir.Onlar  ölmədilər, şəhidlik  zirvəsinə ucalaraq əbədiyyətə qovuşdular. Aradan neçə-neçə illərin keçməsinə baxmayaraq xalqımız  canlarını  ölkəmizin azadlığı, müstəqilliyi uğrunda qurban vermiş igid Vətən övladlarını unutmur, onları daim böyük minnətdarlıq hissi ilə yad edir, məzarları önünə tər çiçəklər düzürlər. Başdamöhtərəm Prezidentimiz cənab İlham Əliyev olmaqla bu il də yüz minlərlə insanlar “Şəhidlər Xiyabını”na gələrək onları böyük ehtiramla yad etdilər, müqəddəs ruhları qarşısında baş əydilər, məzarlarını gülə, çiçəyə qərq etdilər. Onlar buna layiqdirlər. Bu günkü xoşbəxt həyatımıza görə canlarını Vətənimizin azadlığı yolunda qurban vermiş şəhidlərimizə borcluyuq.Belə mərd, mübariz insanlara rayonumuzda da hörmət, ehtiram böyükdür. Şəhidlərimiz Neftçalada da həmişə minnətdarlıq hissi ilə anılırlar. Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində burada da silsilə tədbirlər həyata keçirilmişdi. Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin ildönümlə bağlı imzaladığı sərəncamdan irəli gələn vəzifələr burada da layiqincə yerinə yetirilmişdi.Yanvarın 20-də  Ümumxalq Hüzn Günündə Neftçala şəhərində 20 Yanvar şəhidlərinin şərəfinə salınmış abidənin ətrafı da izdihamlı idi. Minlərlə rayon sakini şəhidlərə olan ehtiramını bildirmək üçün buraya toplaşmışdı. Hamının çöhrəsində kədər qarışıq qürur hissi vardı. Axı, canlarını Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda qurban verənlərin sırasında neftçalalılar da az deyildi. Onlardan üç nəfəri — Əbülfəz Cəfərov, Şəmsəddin Orucov, Nurəddin Ağahüseynov 20 Yanvar şəhidləri idilər. Səhər saat 10-da rayon icra hakimiyyətinin başçısı hörmətli İsmayıl Vəliyev, rayonun rəhbər işçiləri də buraya gəldilər. Abidə önünə ilk əklil rayon icra hakimiyyəti adından qoyuldu. Sonra idarə və müəssisələrin kollektivləri, rayon sakinləri də abidə önünə gələrək buraya tər çiçəklər düzdülər, şəhidlərə özlərinin hörmət və ehtiramlarını bildirdilər.Abidə önündə mərasim başa çatdıqdan sonra rayon rəhbəri və mərasim iştirakçıları şəhidlərin uyuduqları məkana — şəhər qəbiristanlığına gələrək Yanvar şəhidləri Əbülfəz Cəfərovun, Şəmsəddin Orucovun, Nurəddin Ağahüseynovun məzarlarını ziyarət edərək buraya gül dəstələri qoydular. Sonra  rayon  Dövlət  rəsm  qalereyasında məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış oldu. Rayon rəhbəri sərgidə iştirak etdi.
Qanlı Yanvar faciəsinin 28-cı ildönümü ilə əlaqədar rayon icra hakimiyyətində şəhid ailələri, 20 Yanvar əlilləri ilə görüş olmuşdur. Onları qəbul edən rayon icra hakimiyyətinin başçısı hörmətli İsmayıl Vəliyev şəhid ailələri və Yanvar əlilləri ilə səmimi söhbət etmiş, onların çətinlik və problemləri ilə maraqlanmışdır.
Faciə qurbanlarının əziz xatirəsi rayonumuzun qəsəbə və kəndlərində, idarə və müəssisələrində, məktəblərdə, uşaq bağçalarında, mədəniyyət obyektlərində və digər yerlərdə də ehtiramla yad olunmuşdur. İgid Vətən övladlarına məhəbbət, düşmənə sonsuz nifrət bu tədbirlərin əsas qayəsini təşkil etmişdir.

Keçidlər