Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilmişdir

13 dekabr 2017 | 06:12

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Dekabr ayının 12-də Respublikanın hər yerində olduğu kimi Neftçala rayonunda da Ümummilli lider Heydər Əliyevin vəfatının 14 illiyi münasibəti ilə anım mərasimi keçirilmişdir.
Səhər saatlarından başlayaraq rayon ictimaiyyəti başda rayon rəhbərliyi olmaqla Heydər Əliyev mərkəzinin qarşısındakı Heydər Əliyev abidəsi önünə əklil və gül dəstələri qoymaqla onun əziz xatirəsini yad etdilər. Sonra Ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibəti ilə ehsan süfrəsi təşkil olunmuşdur. Ehsan süfrəsinə şəhid ailələri, əmək və müharibə veteranları, dindarlar və digər şəxslər də dəvət olunmuşdur. Mərasimin sonunda Ümummilli Lider Heydər Əliyevin işıqlı xatirəsi bir daha ehtiramla anıldı.

 

Keçidlər