Şriftin ölçüsü :

Saytın rəngi :

9 May 2017-ci il tarixində Neftçala rayonunda alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

10 may 2017 | 07:05

      9 May 2017-ci il tarixində Neftçala  rayonunda alman  faşizmi üzərində Qələbənin 72-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri,  idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri Böyük Vətən Müharibəsində həlak olanların şərəfinə ucaldılmış xatirə abidəsini ziyarət etmiş, abidə önünə və Sovet İttifaqı Qəhrəmanları Ağaşirin Cəfərov, Əlif  Piriyev və  İvan Ostapenkonun büstləri qarşısına gül-çiçək dəstələri düzmüşlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Böyük Vətən Müharibəsində iştirak etmiş bir qrup müharibə iştirakçısı ilə görüşmüş və  onlarla səmimi söhbətlər aparılmışdır. Sonda Böyük Vətən Müharibəsi iştirakçıları ilə xatirə  şəkilləri  çəkdirilmişdir.

Keçidlər