Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada 16 noyabr Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirildi

12 noyabr 2016 | 08:11

11 noyabr 2016-cı il tarixdə Neftçala rayonunda 16 noyabr- Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova, Azərbaycan Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının dosenti Nazim Kazımov, rayon icra hakimiyyətinin əməkdaşları, rayon ictimayyətinin nümayəndələri və gənclər iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Neftçala RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova tədbirin mövzusu və əhəmiyyəti barədə geniş məzmunlu çıxış etdi. Azərbaycanda tolerantlıq ənənələri, onun keçmişi, bu günü və gələcək perespektivləri haqda ətraflı məlumat verdi. Ölkəmizin hər yerində olduğu kimi Neftçala rayonunda da mədəni müxtəlifliyin və buna müvafiq tolerant münasibətlərin mövcudluğundan söz açdı. O, bu sahədə dövlət başçısı, cənab İlham Əliyevin yürütdüyü siyasətin uğurlarını və ona müvafiq olaraq rayonda İcra hakimiyyəti başçısının həyata keçirdiyi tədbirləri sadaladı.
Tədbirdə Azərbaycan Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının dosenti Nazim Kazımov çıxış edərək dünyanın müxtəlif ölkələrində mövcud olan tolerant və multikultural dəyərlərdən danışaraq, onların müqaisəli təhlilini apardı. Eləcədə dünyada və Azərbaycanda mövcud olan tolerantlıq dəyərlərinin oxşar və fərqli cəhətlərini izah etdi. Polietnik tərkibinə görə çox zəngin olan Azərbaycan əhalisinin tolerant və multukultural dəyərlərinin bu gün artıq bütün dünyada böyük marağa səbəb olduğunu vurğulayaraq, bir sıra ölkələrdə Azərbaycandakı tolerant dəyərlərin dərs vəsaiti halında tədris olunduğunu diqqətə çatdırdı. Qonaq Neftçala rayonundakı tolerant mühitin həmişə nümunəvi olduğunu qeyd etdi.

Keçidlər