Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “ Bayraq Günü” qeyd edildi.

10 noyabr 2016 | 09:11

08 noyabr 2016-cı il tarixdə Neftçala rayonunda 9 noyabr-Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilmişdır. Neftçalada artıq ənənə halını almış bayraq günü bayramı rayonun Heydər Əliyev mərkəzində yüksək səviyyədə qeyd edildi.Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən 2010-cu ildən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.

 

Keçidlər